Yapı Kredi Bank Azərbaycanda olan Yapı Kredi Bankçılıq Akademiyası, 2013-cü ilə dair yerli və qlobal makro-iqtisadi bilik və gözləntilərini bölüşmək üçün Maliyyə Zirvəsi təşkil etdi.
Yapı Kredi Bank Azərbaycan, Azərbaycan Respublikasının Mərkəz Bankı, Bank Tədris Mərkəzi və Azərbaycan Diplomatiya Akademiyasının da birgə əməkdaşlığı ilə 29 aprel 2013 tarixində keçirdiyi Maliyyə Zirvəsində maliyyə davamlılığı, qlobal iqtisadi trendlər və bu amillərin Azərbaycana göstərə biləcəyi təsirlər mütəxəssislər tərəfindən müzakirə edildi. Zirvə çərçivəsində olan konfranslar, işgüzar aləmdə olan müxtəlif hədəf kütlələrinə müvafiq şəkildə tərtib edildi.
Yapı Kredi Bank Azərbaycanın Baş Direktoru Altan Şentürk, Zirvədəki çıxışında, Türkiyədə maliyyə sektorunun ən yaxşı bank işçilərini yetişdirmək məqsədi ilə qurulmuş Yapı Kredi Bankçılıq Akademiyasının bir qolunu da 2011-ci ildə Azərbaycanda təsis etdiklərini xatırlatdı. Şentürk, “Türkiyədə olduğu kimi Azərbaycanda da tam təchizatlı, sektorun inkişafında əhəmiyyətli dərəcədə faydalı ola biləcək insan resurslarını yetişdirmək məqsədi ilə təsis etdiyimiz Yapı Kredi Bankçılıq Akademiyası ilə 2011-ci ildən bəri bank sektoruna dair bilik və təcrübələrimizi buradakı əməkdaşlarımızla da bölüşürük. Yapı Kredi Bankçılıq Akademiyasının Azərbaycanda fəaliyyət göstərməsi, bankımızın Azərbaycana verdiyi əhəmiyyətin və bu ölkənin gələcəyinə olan inamının bir göstəricisidir” dedi.
Yapı Kredi olaraq, Azərbaycanda universal bankçılıq qanunları çərçivəsində yerli şərtlərin də tələb etdiyi bir çevikliklə fəaliyyət göstərdiklərini vurğulayan Şentürk, “Yalnız kartlı ödəniş sistemləri sahəsində deyil, bütün bank xidmət və məhsullarımızla Azərbaycanlı müştərilərimizin həyatını sadələşdirmək üçün xidmət göstəririk. Bu günə qədər çox böyük layihələri müvəffəqiyyətlə həyata keçirdik və bundan sonra da yenə eyni şəkildə xidmət göstərməyə davam edəcəyik” deyə fikrini bildirdi.
Yapı Kredi Bank Azərbaycanın nəzdində olan Yapı Kredi Bankçılıq Akademiyası tərəfindən təşkil edilmiş Azərbaycan Maliyyə Zirvəsinin müzakirə mövzuları, qlobal rəqabət və brendin yaradılması, Avropa və Türkiyədəki maliyyə xidməti sektorunda olan yeniliklər, maliyyə qurumlarının işgüzar aləmin gözləntilərinə cavab vermək üçün atmalı olduqları addımlar və təhsil strategiyalarından ibarət idi.