DəmirBank Türkiyənin UPT pul köçürmə sistemi üzrə müştərilərə yeni aksiya təqdim edir.
Aksiya çərçivəsində Türkiyəyə pul göndərən ilk 1000 müştəri məbləğdən asılı olmayaraq cəmi 1 dollar komissiya haqqı ödəyəcək.
Qeyd edək ki, UPT sistemi ilə müştərilər Azərbaycandan Türkiyəyə 1 dəqiqə ərzində maksimum 10 000 ABŞ dollar və ya avro ilə pul vəsaiti göndərə bilərlər.
Pul köçürmə xidmətlərini DəmirBank-ın 31 filialında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Coinstar, Blizko, PrivatMoney, UPT, Migom və Lider sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.
DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.