“Bank of Baku”“Auto Azerbaijan” şirkəti ChryslerPeugeot avtomobillərinin yeni satış kampaniyasına başlayırlar. Kampaniya çərçivəsində seçilmiş müəyyən avtomobil modellərini (məsələn, Chrysler 200 Touring 2.4, Chrysler  200 Touring Plus 2.4, Chrysler 200 Limited 3.6, Peugeot 308 və Peugeot 3008 ) 12 və 18 aylıq müddətə sərfəli kreditlə əldə etmək mümkündür. Komissiya qismində bank tərəfindən tutulan 12 ay üçün cəmi 11 %,  18 ay üçün isə cəmi 16 % bank komissiya haqqı müştərilərə “Auto Azerbaijan” şirkəti tərəfindən hədiyyə edildiyi üçün, müştəri bütün faiz və komission haqlardan azad olunur və yalnız sığorta haqqını ödəməklə avtomobil əldə etmiş olur. İlkin ödəniş avtomobil modelindən aslı olaraq 40-50 % arasıdır.


 


Misal: müştəri qiyməti 21900 AZN dəyərində olan Chrysler 200 Touring 2.4 modelini ilkin ödəniş və sığorta haqqı qismində cəmi 9 594 AZN ödəməklə 18 aylıq kreditlə əldə edir. Bu halda müştəri 18 ay ərzində aylıq 730 AZN ödəyəcək, əvvəlcədən ödənilən 16 %-lik ( 2103 AZN)  komissiya haqqı isə ona hədiyyə ediləcək.


 


Beləliklə, əlverişli  avtokredit kimi nadir bir fürsəti təqdim etməklə  “Bank of Baku” və “Auto Azerbaijan” dünya avtomobil sənayəsinin Chrysler və Peugeot kimi nəhənglərini Azərbaycana daha yaxın etmiş olurlar.


 


Bu kampaniyanın məqsədi Azərbaycan avtomobilsevərlərini ən sərfəli şərtlərlə dünya şöhrətli avtomobil modelləri ilə təmin etməkdir.


 


Kampaniyanın şərtləri ilə daha ətraflı tanış olmaq üçün 490-26-26 nömrəsi ilə  “Auto Azerbaijan” şirkəti və ya “Bank of Baku”-un 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.