"AAM Advertising" şirkəti Yeni Zellandiyanın Fonterra şirkətinin sifarişi ilə hazırladığı reklam kampaniyasında cazibəli evin bir sirrini açır. Anchor brendinin yağ məhsulu üçün nəzərdə tutulan  kampaniyanın konsepsiyasına görə, hər bir ailəni daim bir yerə yığan özəl səbəblər var və bunlardan biri də süfrələrdəki təamlara xüsusi ləzzət qatan əsl kərə yağıdır.  


 


Qeyd edək ki, təqdim olunan yeni reklam çarxı AAM Advertising şirkətinin məhsul üçün hazırladığı “Cazibəli evin bir sirri” konsepsiyasının tərkib hissəsidir. Həmin platformanın ilkin mərhələsində isə “Dadlı sirlər” adı altında silsilə resept çarxları çəkilib və telekanallarda nümayiş olunub. Çarxlarda Azərbaycan və dünya mətbəxinin məşhur təamlarına xüsusi dad vermək üçün incə mətbəx sirləri açıqlanıb. Bu reklam seriyası ünvanlandığı auditoriyanın – evdar xanımların böyük rəğbətini qazanıb.


 



Yeni reklam çarxı mayın 1-dən telekanallarda nümayiş olunur. Yaxın günlərdə isə həmin konsepsiyanın davamı olaraq veb sayt da istifadəyə veriləcək. Saytda kulinariyaya aid müxtəlif məsləhətlər və maraqlı reseptlərdən xəbər tutmaq mümkün olacaq.