Bakı xanımlarının dəblə geyinməyi sevdiyinə heç kəsin şübhəsi ola bilməz.


 


Bu məsələni daha yaxşı araşdırmaq üçün Business Insight International Group agentliyi xüsusi sorğu keçirtdi.


 


Sən demə, xanımlarımız klassik üslubdan daha çox sərbəst üsluba üstünlük verirlər. Bakı xanımlarının ən sevdiyi cins brendləri arasında birinci pillədə məşhur amerikan brendi GUESS durur. Bunu 23% respondent etiraf etdi. Xanımlarımızın ən sevdiyi brendlər arasında həmçinin ArmaniD&G kimi məşhur brendlərin də adı var.


 


Sorğunun maraqlı məqamlarından biri də “Geyim alarkən nəyə üstünlük verirsiniz?” sualına verilən cavablar idi. Xanımlarımızın bu suala verdiyi cavablar onların həqiqətən də bakılı olduğunu sübuta yetirdi. Xanımlarımız həmişəki kimi modelin dəbə uyğun olub-olmaması və brendin imicini üstün tutduğunu bildirdilər. Maraqlıdır, görəsən sorğu kişilər arasında keçirilsəydi, bu suala hansı cavablar verilərdi?