“Vijn Fond AzərKredit” qeyri-bank təşkilatının MilliÖN ödəmə sisteminə qoşulması nəticəsində, Azərkredit müştəriləri borclarını 800-dən çox ödəmə terminalları vasitəsilə ödəyə biləcəklər.
Bugündən etibarən Azərkredit müştəriləri təşkilatın ofisindən kənarda da hesablarını artırmaq (kreditlərini ödəmək) imkanı əldə edirlər. Sözü gedən layihə həm VF AzərKredit, həm də MilliÖN ödəmə siteminin müştərilərinə qayğısında irəli gələrək həyata keçirilmişdir.
“Müştərilərə qayğı biznesimizin əsas prioritetidir. MilliÖN-lə partnyorluq müştərilərimizin vaxtına qənaət edir və onlara istədikləri zaman kreditlərini 800-dən artıq ödəmə nöqtəsində ödəmək imkanı yaradır. Fəaliyyət göstərdiyi vaxt ərzində MilliÖN özünü etibarlı tərəfdaş kimi tanıdıb və biz əminik ki, bu xidmət bizim müştərilərimizin xoşuna gələcək” – VF Azərkredit-in İdarə Heyətinin sədr müavini Samir Cəfərli xəbəri belə şərh edib.
Kreditlərin ödənilməsi üçün terminalın ekranında “Bank xidmətləri” bölməsini seçib, “VF AzərKredit” düyməsinə basmaq, hesab nömrəsini daxil etmək, təsdiqləmək, əskinazı daxil etmək və çeki almaq lazımdır. Kreditlərin ödənilməsi üçün komissiya tutulmur. Ödəmələr online rejimdə keçirilir.
Komtec LTD MMC-nin (MilliÖN brendinin sahibi) İcraçı Direktoru Söhrab Fərhadov bildirib ki, VF Azərkreditlə əməkdaşlır işimizin müvəffəqiyyətli olmasını və bu cür böyük təşkilatın etimadını qazanmağımızı göstərir. Bütün ölkədə yerləşən ödəmə nöqtələri şəbəkəsi müştərilərin vaxtına qənaət edir. Bizəminik ki, kreditin yeni ödəmə vasitəsi istifadəçilər tərəfindən dəyərləndiriləcək.
“Terminallarımız vasitəsilə ödənə bilən xidmətlər siyahısının genişləndirilməsi bizim əsas məqsədimizdir. Əhalinin müxtəlif ödəmələri, maliyyə və bank xidmətləri daxil olmaqla, həyata keçirmələri üçün əlimizdən gələni edirik” – deyərək, S.Fərhadov əlavə edib.