Prosper rəqəmsal agentliyi 2D və 3D animasiya sahəsində hazırladığı işləri təqdim edir.
 
Reklam bazarında animasiya məhsulları get-gedə daha çox yer almağa başlayır. Animasiyanın müxtəlif üstünlükləri şirkətləri daha tez-tez reklam kampaniyaları zamanı animasiyaya müraciət etməyə sövq edir. Animasiyanın köməkliyi ilə şirkətlər öz müştərilərinə mallarının və ya xidmətlərinin reklamından əlavə, həmçinin onların əylənməsinə də səbəb ola bilərlər. Hər kəsə bəllidir ki, istənilən informasiyanın çatdırılması zamanı artıq məlumatlardan qaçmaq lazımdır. Əlavələr hər zaman diqqəti yayındırır. Amma görüntü məlumatı tam çatdırmağa kömək edir. Bu məqamda animasiyanın rolu çox güclüdür. Göstərilənləri əsas götürərək Prosper şirkəti bu sahədəki fəaliyyətini genişləndirərək yaxşı naliyyətlər əldə etdi. Prosper komandası iddia edir ki, hazırki bazarın durumunda bu sahənin inkişafı tam realdır.
 
"Bizim üçün ən əsası müştəridə bu məhsulun qiyməti və dəyəri haqda təsəvvürün yaradılmasıdır" - deyə Prosper üzvləri bildirir.
 
Əlavə olaraq, sizə Prosper şirkətinin istehsal etdiyi 2D və 3D animasiya nümunələrini təqdim edirik: