Səbinə Nelyubina, Advert/MEC Reklam agentliyinin Baş direktoru
Son bir neçə ildə Azərbaycanın reklam bazarı orta hesabla 16-18% böyüyərək yalnız kəmiyyətcə deyil, həm də keyfiyyətcə irəliləyib. Reklam sifarişçilərinə dar hədəf auditoriylarının diqqətini çəkmək və brendləri irəlilətmək imkanı verən yeni, müasir media daşıyıcıları yaranır, brendlərin marketinq strategiyalarında reklam kommunikasiyalarının əsas rol oynadığını artıq yaxşı anlayan yerli reklam sifarişçilərinin fəallığı da nəzərə çarpacaq dərəcədə artır. Media ilə danışıqları asanlaşdıran, satış sistemlərini nizamlayan, taktiki media planlama sistemini yaxşılaşdıran yeni sales-hauselar açılır.
Reklam sahəsində çalışanların şəxsi keyfiyyət və peşəkarlıqlarının yüksəlməsi, eləcə də əksər yerli reklam sifarişçilərinin nəhayət ki, marketinq və biznes məqsədlərinə uğurla çatmaq üçün reklam şirkətləri ilə əməkdaşlıq etməyin vacib və önəmli olduğunu anlamaları faktı da sevindiricidir
Ötən ilin yekunlarına görə, ənənəvi mediada reklama xərclənən ümumi vəsait (Paid media: Televiziya, Radio, Mətbuat, Küçə reklamı) POE* modelinə əsasən) təqribən 68 milyon manat təşkil edib, bu məbləğin böyük hissəsi mediada üstünlüyünü hələ də saxlayan televiziyanın payına düşür. Bu məntiqəuyğundur. Digitalın sürətli inkişafına baxmayaraq, televiziya reklam ismarışının auditoriya ilə min əlaqəsinin dəyəri, eyni zamanda kütləviliyi və demək olar ki, 100%-lik texniki əhatəsi hesabına ən maraqlı media vasitəsi olaraq qalmaqdadır.
Son illərdə həmçinin qeyri-efir televiziyasının siqnalını peyk və naqillər vasitəsilə ötürən televiziyanın məqsədyönlü yayılmasının şahidi oluruq. Azərbaycanda qeyri-efir televiziyasının əhatəsi 63% təşkil edir. (TNS-nin quraşdırma üzrə araşdırmalarından. 2010-cu il üçün məlumat) Müşahidələrimizə əsasən son iki il ərzində bu rəqəm 10-15%-dən az olmayaraq qalxıb.
Tamaşaçı auditoriyası hissələrə bölünür, onun məzmunun keyfiyyətinə olan tələbləri getdikcə yüksəlir, çox hissəsi isə artıq uzun müddətdir böyük maraqla provayderlər tərəfindən paketlərdə təqdim olunan xarici kanallara müraciət edirlər.
Müəyyən auditoriyalar üçün (non-TV viewers adlandırılan, ümumiyyətlə televizora baxmayanlar) əsas xəbər mənbəyi artıq televiziya kanallarında yayımlanan xəbər buraxılışları deyil, internetdir.
Media landşaftında baş verən qlobal dəyişikliklər Azərbaycandan da yan keçmir. Bu gün biz ənənəvi mediaya alternativ olan, istehlakçıları qeyri-fəal dinləyicidən məlumatın mübadiləsi və çatdırılması prosesinin fəal iştirakçısına çevirən alternativ informasiya sistemlərinin yaranmasını müşahidə edirik. Bunun parlaq nümunələri Facebook vəTwitter sosial şəbəkələridir.
İnternetin media sahəsinin dəyişməsində oynadığı rolu qiymətləndirməmək olmur. Qlobal meyllərdən danışsaq, digital,reklam büdcəsini digər media sahələrindən, xüsusən də mətbuatdan öz üzərinə çəkir. Digital hələ ki, daha çox qərbli olaraq qalır Şimali Amerika və Qərbi Avropada digitalın payına ümumi medianın 22%-i düşür. (Mənbə: This year, Next year. Worldwide media and marketing forecasts, GroupM).
Müqayisə üçün: Mərkəzi və Şərqi Avropa ölkələrində digitalın payına 12% düşür. Amma smartfonların ucuzlaşması ilə Şərqlə Qərb arasındakı məsafə sürətlə azalacaq, bu meyl əsasən inkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda özünü daha parlaq göstərəcək.
Artıq indidən Azərbaycan İnternetin geniş yayılması üzrə bir çox ölkələri qabaqlayır. Rabitə Nazirliyinin məlumatına görə 2012-ci ildə bu göstərici 65% olub. Hətta MDB-nin Rusiya və Qazaxıstan kimi böyük ölkələrində İnternet istehlakı müvafiq olaraq 68% və 49% təşkil edir.
Yuxarıda qeyd edildiyi kimi, auditoriya qeyri-fəaldan fəala çevrildi və bu xüsusən istifadəçilərimizin sosial şəbəkələrdə fəallaşmasında özünü daha açıq göstərir. Bu gün Azərbaycanda Facebook istifadəçilərinin sayı milyonu üstələyib və bu bizim üçün böyük rəqəmdir. Onların 64%-ni kişilər, 36%-ni qadınlar (13+) təşkil edir.
Brendlərin uğurla irəliləməsi üçün reklam sifarişçiləri sosial şəbəkələrdə yaşananları əsaslı təhlil etməlidirlər, belə ki, sosial şəbəkələr hər şeyin maksimal sürətlə dəyişdiyi, bir resursun digərini əvəzlədiyi çox geniş sahədir. Əgər biz bu gün hər hansı brendi dəstəkləmək üçün nəzərdə tutulan yüz minlərlə “bəyənirəm” toplamış Facebook səhifəsinin uğurla irəliləməsini görürüksə, bu həmin səhifənin sabah da eyni nailiyyətlər qazanacağı anlamına gəlmir.
Auditoriyanın diqqətini online əldə etmək və saxlamaq üçün reklam sifarişçisi daha çox çalışmalı, auditoriya ilə mütəmadi əlaqə saxlamalı, brendin, şirkətin inkişafı tarixindən maraqlı və orijinal faktlar paylaşmalı, məhsulun rəqibləri qarşısında olan üstünlüklərindən söz açmalı, auditoriyanı səmərəliliyi artıq təsdiqlənmiş olan xüsusi endirim aksiyaları ilə cəlb etməli, ən əsası isə brendin ətrafında istifadəçilərə eyni dərəcədə maraqlı və faydalı olan, yaradılmasında özlərinin də fəal iştirak edə biləcəkləri məzmun yaratmağı bacarmalıdır. İnternet dəstəyindən istifadə etməyən brendlər tezliklə istifadəçilər tərəfindən müasir və yenilikçi kimi qəbul edilməyəcək.
Bizim gözləntimizə görə yaxın 2 il ərzində internet Azərbaycanda ən ciddi kommunikasiya kanallarından birinə çevriləcək. Bu isə o deməkdir ki, bazarı əsaslı dəyişiklik gözləyir. Yalnız kreativin strategiyasının işlənib hazırlanması və internetdə reklam kampaniyalarının planlanması ilə məşğul olan digital şirkətlər meydana gələcək. İnternetdə reklama ayrılan xərclər sürətlə artacaq, ətrafında müxtəlif seqmentlərə aid hədəf auditoriyasını birləşdirən çoxsaylı tematik saytlar yaranacaq.
Mütəxəssislərin gələcəkdə reklam kommunikasiyaları arasında internetin rolu haqqında gözləntilərinin nə dərəcədə ciddi olduğunu nümayiş etdirmək üçün bir rəqəmidiqqətinizə çatdırırıq. 2011 ci ilin nəticələrinə görə, Avropa bazarında internet reklamına xərclənən pul 21 milyard avroya çatıb. AzNetin kommunikasiya kanallarının media-mixində hansı mütləq miqdarda və hansı payı götürəcəyini yaxın gələcək göstərəcək.
Yuxarıda qeyd olunanların xülasəsi olaraq bildirmək istəyirəm ki, bir çox mütəxəssilər internetin sürətli inkişafı sayəsində televiziyanın taleyini nəsli kəsilən dinozavrların taleyi ilə müqayisə edirdi J. Amma bu heç də belə deyil. Rəqəmsal televiziya analoq televiziyasını tam əvəzlədikdən sonra televiziya ən çox tələbat olan media qismində mövqeyini daha da möhkəmlədəcək. Sadəcə biz onu başqa cür istifadə edəcəyik. Digər ənənəvi media nümunələrini də hərtərəfli digitallaşma gözləyir, məsələn dövrü mətbuatın online variantlarının çıxması, digital outdoor (çox müasir texnologiyaların köməyi ilə ənənəvi outdoordan digital outdoora keçid) Biz isə sizinlə tədricən multi-screen istifadəçilərə çevriləcəyik. (multi-screen consumers).
* POE modelində bütün kommunikasiya kanalları Paid, Owned, və Earned mediaya bölünür. Peyd mediaya televiziya, radio, mətbuat, outdoor kimi ənənəvi reklam kanallarından başqa, mobil reklam, kompüter oyunlarında reklam, internetdə online display, in-banner video, rich media aiddir. Modelə əsasən marketinq kommunikasiyaları arasında media mix seçimi daha internet, ənənəvi media və ya ATL və BTL arasında seçim etmək demək deyil. Bu Paid, Owned və Earned media haqqında tarazlaşdırılmış kombinasiyadır.
Owned mediaya müxtəlif tədbirlər, sponsor tədbirləri web-sayt şirkətləri, tətbiqlər aiddir.
Earned mediaya istifadəçilərin özləri tərəfindən formalaşdırılan hər şey aiddir. Məsələn, sosial şəbəkələrdə brend haqqında xoş sözlər, blogerlərin məlumatları, jurnalistlərin fikirləri, WOM (Word-of-Mouth).
Mediaedge:cia (MEC) ilk qlobal kommunikasiya planlaması və icrası agentliyidir.
Biz istehlakçıların müştərilərimizin brendləri ilə fəal təmasını quraraq müsbət məlumatlanma, daha dərin münasibət və daha etibarlı satışa şərait yaradırıq. Xidmətlərimizə brend və istehlakçı qavrayışı, həmçinin kommunikasiya planlaması, media planlama və alış, qarşılıqlı əlaqə (digital, birbaşa, axtarış), idman, əyləncə və cause marketing, pərakəndə üzrə məsləhət və sairə daxildir.
Bizim 4 500 nəfər yüksək istedadlı əməkdaşımız 84 ölkədə 250 təmsilçilikdən yerli, regional və beynəlxalq müştərilərimizlə çalışır.
Biz WPP-nin media yatırım idarəçilik qrupu olan GroupM-in həmtəsisçisiyik.
Daha ətraflı məlumat üçün www.mecglobal.com səhifəsinə keçin.
Reklam-kommunikasiyaları sahəsində dünyada nömrə 1 olan, 72 milyard dollar billinqli WPP qrupunu təmsil edən BANNER Şirkətlər Qrupuna daxil olan Advert reklam agentliyi MEC-in Azərbaycanda affilyasiya olunmuş tərəfdaşıdır. Bütün növ media xidmətləri, o cümlədən, strateji və taktiki planlama, media alış yerinə yetirən Advert Azərbaycanın KİV-də kompleks reklam kampaniyalarının göstərən tam dövriyyəli agentlikdir. Henkel, Colgate-Palmolive, Beiersdorf (Nivea), Michelin, Chanel, Crystal Motors (Jaguar, LandRover), Memorial Hospital, Yekaterinburq Yağ Kombinatı (Mechta xozayki mayonezi) şirkətin əsas müştəriləridir.