“AtaBank” ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" kampaniyası çərçivəsində bankın Nərimanov, Şirvan, Gəncə, Monolit filiallarından və Çinar şöbəsindən müxtəlif məbləğdə pul mükafatları qazanmış Mustafayev Elşən Dilavər oğlu, Əmirov Samir Yusif oğlu, Nadirov Fuad Əlican oğlu, Əliyev Oktay İbrahim oğlu, Atai Kanan Adil oğlu və Usub Elçin Arif oğlu qalib olublar.
Qaliblər “AtaBank” ASC-nin POS-terminalları vasitəsilə alış-veriş etmiş və 20 (iyirmi) manatlıq çeki banka təqdim edərək uduşlu kuponlar əldə etmişdilər. Kampaniyada yalnız “AtaBank” ASC müştəriləri yox, bütün plastk kart sahibləri iştirak edə bilər. Məhz bu səbəbdən də hər birinizə, alış-veriş üçün “AtaBank” ASC-nın POS-terminallarından istifadə etməyi məsləhət görürük.
Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.
Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və https://twitter.com/AtaBank səhifəsinə daxil olmaq olar.
“AtaBank” ASC-nın Pos-terminal siyahısı: http://atabank.com/?sid=131