Samsung mobile-ın rəsmi distribyutoru – “İntegral” şirkəti “Alıcı + Satıcı” yay aksiyasının başlamasını bəyan edib. 2013-cü il, Mayın 8-də start götürən uduş kampaniyası cari il, iyulun 24-dək davam edəcək. Aksiyanın unikallığı - Samsung mobil telefonlarının həm alıcıları, həm də satıcılarının iştirak etməsindədir.
“Alıcı + Satıcı” yay kampaniyasında iştirak etmək üçün istənilən şəxs “İntegral” holoqramı ilə Samsung mobil telefonunu (E seriyası istisna olmaqla), müvafiq kuponu doldurmaqla, əldə edə bilər. Öz növbəsində, həmin kuponu doldurmuş Samsung telefonunun satıcısı da kampaniyanın iştirakçısına çevrilir. Ümumilikdə, “Alıcı + Satıcı” uduş kampaniyası 10 tirajdan ibarətdir. İlk tiraj 16 May 2013-cü ildə keçiriləcək. Daha sonra tirajlar 24 İyul 2013-cü ilədək, hər çərşənbə günləri keçiriləcək. Hər tirajda 20 000 manat oynanılacaq. Şərtlərə üyğun olaraq, aksiyada qalib gələn alıcı 1 000 manat qazanacaq. Eyni məbləğı satıcı tərəf də qazanacaq. Uduşlar yaxınlarda Bakı şəhərinin mərkəzində açılmış yeni “Samsung Store”-da oynanılacaq. Ünvan: 28 May küç.,20.
Uduşların kecirilmə tarixləri:
1-ci tiraj (10 uduş) 16.05.2013-cü il.
2-ci tiraj (10 uduş) 22.05.2013-cü il.
3-cü tiraj (10 uduş) 29.05.2013-cü il.
4-cü tiraj (10 uduş) 05.06.2013-cü il.
5-ci tiraj (10 uduş) 12.06.2013-cü il.
6-cı tiraj (10 uduş) 19.06.2013-cü il.
7-ci tiraj (10 uduş) 26.06.2013-cü il.
8-ci tiraj (10 uduş) 03.07.2013-cü il.
9-cu tiraj (10 uduş) 10.07.2013-cü il.
10-cu tiraj (10 uduş) 24.07.2013-cü il
Əlavə məlumatları *9494 nömrəli telefon, və yaxud www.integral.az veb-saytında əldə etmək mümkündür. Aksiyanın qaliblərinə uduşlar “İntegral” şirkətinin baş ofisində təqdim olunacaq. Ünvan: Bakı ş.Ə. Rəcəbli küç.,2/8
“INTEGRAL” şirkəti Azərbaycanın telekommunikasiya bazarında artıq 15 il, yəni 1997-ci ildən fəaliyyət göstərir. Bu gün “INTEGRAL” şirkəti, demək olar ki, bütöv Azərbaycan ərazisində işləyən, geniş yayılmış güclü diler şəbəkəsidir. Onun fəaliyyəti Bakı, Gəncə, Sumqayıt və Respublikanın 50 regionunu əhatə edir. Samsung Electronics-in rəsmi distribyutoru olaraq, “INTEGRAL” dünya şöhrətli istehsalçının orijinal və sertifikatlaşdırılmış mobil qurğularının satışı ilə yanaşı, daim ixtisaslarını artıran mühəndislərin çalışdıqları beynəlxalq səviyyəli servis mərkəzlərində keyfiyyətli xidmət təmin edir.