Müasir dünyada gündəlik həyatı mobil rabitəsiz təsəvvür etmək belə çətindir. Belə ki, insanlar hətta səyahət etdikləri zaman  mobil telefonları vasitəsilə sərbəst şəkildə danışmağı və internetə qoşulmağı arzulayır. Məhz buna görə də, abunəçilərinin rahatlığını düşünən Nar Mobile mobil operatoru rominq tariflərini 60% endirdi. Yeni rominq tariflərinə uyğun olaraq, abunəçilərin rahatlığı üçün dünya ölkələri 5 coğrafi zonaya bölünərək “1 zona – 1 qiymət” hesablama sistemi təqdim olundu. Bununla da, müəyyən zona çərçivəsində abunəçinin seçdiyi mobil operatordan asılı olmayaraq sabit qiymətlə ünsiyyətdə olmaq imkanı yarandı.


 


Bununla yanaşı, Nar Mobile-ın yeni rominq tariflərinə uyğun olaraq, abunəçilər aşağıdakı yeniliklədən bəhrələnə biləcəklər:


sabit bağlantı, avtomatik mobil operatorun seçimi və yüksək keyfiyyət;


- ölkədə və regionda eyni qiymət haqqında dərhal və pulsuz məlumat almaq imkanı;


- sadələşmiş tarif modeli;


- Artıq, öncədən ödəniş tariflərinin abunəçiləri rouminq xidmətini aktivləşdirmək üçün Müştəri Xidmətləri mərkəzlərinə müraciət etməli deyil. Rominqi aktivləşdirmək üçün *777#100#yes yığmaq kifayətdir;


 


Azerfon Şirkətinin Baş Direktoru Kent Maknili qeyd etmişdir: “Müasir zamanda abunəçilərimiz kifayət qədər tez-tez səhayətə çıxırlar və biz, xaricdə olduqları zaman onların mobil rabitə ehtiyaclarını təmin etməyi önəmli hesab edirik. Ümüdvarıq ki, yeni rominq təklifimiz səyahətə çıxmış abunəçilərimiz üçün əlaqəni daha asan, daha surətli və daha sərfəli edəcək”.


 


Yeni rominq tarifləri haqqında əlavə məlumatı Nar Mobile-ın internet səhifəsinsən əldə etmək olar: http://www.narmobile.az/az/roaming/InternationalRoaming/