Hər il Asiya Pasifik bölgəsindəki ünsiyyət və reklam professionallarını bir araya gətirən Spikes Asia bu il 2013 15-17 sentyabr tarixlərində Singapurda keçiriləcək olan Asiya Pasifik bölgəsinin ən böyük reklam festivalında çıxış edəcək münsif üzvlərinin adlarını açıqladı. Bu il keçən ildən fərqli olaraq, Tham Khai Meng, Mike Cooper, Jose Miguel Sokoloff, Lynne Anne Davis, Anthony, Freedman kimi 5 məşhur münsiflər heyəti Branded Content & Entertainment, Direct, Promo & Activation, Media, PR & Film, Press, Outdoor, Radio münsifləri kimi çıxış edəcəklər. İştirakçılar festival müddətində təhsil və atelye işlərinə qatılma fürsəti əldə edəcəklər. Lions Festivals-ın başçısı Terry Savage bildirdi ki,"Spikes Asia, bu il də iştirakçılar üçün rəqibsiz bir təhsil, əyləncə və networking fürsəti təqdim edəcəkdir".
Tham Khai Meng, Worldwide Chief Creative Officer, Ogilvy & Mather agentliklərinin prezidenti Film, Press, Outdoor, Radio, Integrated münsif kimi seçildi. 28 illik karyerası ərzində, Khai dünyanın dörd qitəsində marka və agentliklər yaradaraq, reklam biznesini hər tərəfli tədqiq etmişdir və daha sonra Khai 2000-ci ildə Ogilvy & Mather Asia Pacific agentliyinə həmsədr təyin olunmuşdur.
Worldwide CEO of PHD "Mike Cooper" Media münsifi qismində seçilmişdir. Karyerasını Saatchi & Saatchi Londonda başlayaraq, Mike 1989-cu ildə Asiyaya doğru hərəkət edərək, 1990-cu ildə karyerasını Çində Zenith şirkətindən davam eləməyə başladı. 2005-ci ildə o Asia Pacific regionunda elmlər namizədi, daha sonra isə, Media Jurnalı tərəfindən "Regional Head of the Year for Asia" adına layiq görülmüşdür. Mike bildirir ki, "19 il Asiyada media və marketinq sahəsində çalışaraq, 2013-cü ildə keçiriləcək bu festivalın Media jürisi seçildiyimə həyəcanlanlıyam. Asiya hələ də dünyada media perspektivindən ən həyəcanlandırıcı məkan olaraq qalır düşünürəm ki, biz möhtəşəm bir işə ortaya qoymaqla yanaşı, regionun ən yaxşı media istedadının seçəcəyik. Sözügedən festival yaxınlaşdıqca səbirsizlənirəm".
Lowe Global Creative Council & Co Chairman Lowe SSP3 Kolumbianın sədri "Jose Miguel Sokoloff" Direct and Promo & Activation münsifi seçilmişdır. 15 il əvvəl Lowe şəbəkəsinin bir hissəsi olaraq, Lowe SSP3 Kolumbiyada böyüklüyünə görə ikinci agentlik olmuşdur və bazarda ən ardıcıl sürətdə yaradıcı agentlik kimi məşhurluq qazanmışdır. 2011-ci ildə Jose Miguel Lowenin və Qlobal Yaradıcı Partnyorlar Şurasının Prezidenti roluna təyin edilmişdir, 2012-ci ildə isə o Kolumbiyanın ilk "Black D&AD pencil"-ə layiq görülən və təltif olunan yeqanə şəxsiyyət olmuşdur. Keçən il isə, onun agentliyi Kolumbiyada terrorizmə qarşı Latın Amerikasının ilk arzu olunan Titan Lion-una layiq görülmüşdür. Jose Miguel festvaldaki rolu haqda təəsuratlarını belə dilə gətirdi: “Lions festivalına qiymətləndirmək məqsədilə dəvət olunmaq həmişə böyük bir şərəfdir. Asiyadan çıxan istedadlar və işlər heç vaxt təəccübləndirici olmur və bir münsif kimi Spikes Asia 2013-də nələrin ön plana çıxacağını səbrsizliklər gözləyirəm".
FleishmanHillard Asia Pacific-in prezidenti və partnyoru "Lynne Anne Davis", PR münsifi kimi çıxış edəcək. Onun liderliyi altında, FleishmanHillard xüsusi inkişaf üçün üç məşhur sənaye təşkilatdan ilin şəbəkəsi, “Asia Pacific Network of the Year” adına dörd dəfə layiq görülmüşdür. 2013-cü ildə Advertising Age tərəfindən mübaliğəsiz - “Standout Agency" adlandırılan agentlik bu yaxınlarda "tamamilə birləşdirilmiş kommunikasiyalar şirkəti" kimi təkamülünü əks etdirmək üçün qlobal rebranding-ə baş vurdu. İctimayətlə əlaqələr təcrübəsinin 25-ci ili ərzində, Lynne Anne münsifinə "Asian Wall Street Journal, South China Morning Post, CNBC" və "Working Mother" kimi sənaye problemlərinə izahat vermək üçün tez-tez müraciət olunmuşdur.
Bu ilki festival sonuncu münsifi "Branded Content & Entertainment" üzrə "Group Host"-un baş icraçı direktoru "Anthony Freedman" olacaq. Antoni 2000-ci ildə Host-un əsasını qoymuşdur, kampaniyaların inkişaf etdirildiyi agentlik modellərini və yenidən icad etmiş agentlik yaratmışdır. Host 2008-2011-ci ilinədək Havas Worldwide agentliyilə əməkdaşlığı çərçivəsində, Avstraliyada ən böyük və müstəqil agentlik hesab olunurdu. Bu gün Host-un Sidneydə və Sinqapurda bir neçə ofisləri fəaliyyət göstərir və "Coca-Cola, Lego, Sony Playstation" kimi qlobal markalarları siyahısına daxil edir. Antoni festivaldaki təyinatına münasibıt bildirərək qeyd etmişdir ki, "Hal-hazırda "Branded Content Asia"-ya global agentliklər və markalar tərəfindən maraq böyükdür, bu səbəbdən də, bu kategoriya üzrə münsif seçilmək mənim üçün çox sevindiricidir".
Spikes Asia hal-hazırda nümayəndə qeydiyyatını açıq elan etmişdir və 16 may tarixindən etibarən 16 mükafat kateqoriyasına girişləri qəbul edəcək. Daha ətraflı məlumat ve qeydiyyatdan üçün http://www.spikes.asia saytına müraciət etmək olar.
Qeyd etmək istiyirik ki, Facemark.az saytı və Facemark.tv bu ilki Cannes Lions festivalının media partnyorudur.