IBM öz tərzinə uyğun ilk qlobal tədqiqatını keçirərək dünyanın 64 ölkəsindən olan 19 sahədən 1700-dən çox marketinq direktoru ilə sorğu keçirdi.
Tədqiqatın gedişatından aydın oldu ki, bazar və texnologiyalar bu gün marketinqə ən güclü təsir edən iki xarici amil hesab olunur. Tədqiqatın gedişatında sosial medianın həcminin sürətli artımı, kanalların və qurğuların diversifikasiyası, istehlakçıların demoqrafiyasının dəyişikliyi kimi dörd ən güclü çağırış göstərilmişdilər.
Respondentlərin harada, hansı sənayedə, nə qədər böyük və ya müvəffəqiyyətli təşkilatda işlədikləri önəm daşımır, beləki, marketinq-direktorları eyni problemlərlə rastlaşırlar və idarə etmək üçün kifayət qədər hazırlıqlı olmadıqlarını hiss edirlər.
Sorğudan keçmiş marketinq-direktorları əsas dəyişikliklərin arasında üç əsas sahəni seçdilər, hansılarda ki, onlar özləri daxil olmaqla, onların marketinq personallarına da təkmilləşmək lazımdır:
- mövcud müştərilərə xeyir gətirmək;
- uzun müddətli əlaqələrə imkan yaratmaq;
- səylərinin nəticələrini və əhəmiyyətini anlamaq və qiymətləndirmək.
Xeyirin gətirilməsi dedikdə, mövcud müştərilər nəzərdə tutulur, yəni bu müştərilər kimlərdir, onlar nə istəyirlər və onlar şirkətlə qarşılıqlı təsir etməyi necə istərdilər. Bu yalnız onların ehtiyaclarını vacib və üstün tutmaq anlamını gəlmir, onların nəyi qiymətləndirdikləri və nələrə inandıqlarını göstərir. Rəhbərlərin əksəriyyəti iddia edirlər ki, onlar öz müştərilərini daha yaxşı anlamaq istəyirlər.
Əksər təşkilatlar müştərilərini anlamağa çalışmaqlarından əsas səbəblərindən biri də, ondan ibarətdir ki, onlar fərdi şəxsəlrin deyil, bazarı anlamasınmağa fokuslanırlar.
Ən azı, 80% marketinq üzrə direktor ənənəvi informasiya mənbələrinə etibar edirlər, bazar tədqiqatı və rəqabət bençmarkinq (və ya rəqabət müqayisəsi) kimi strateji qərarların qəbulu üçün. Bundan başqa onlar 60%-dən çox satışlara, kampaniyaların analizi və ilaxır amillərə güvənirlər.
Çox nadir hallarda marketinq üzrə direktorlar həcmin, sürət və məlumatların müxtəlifliyinin artımı üçün məsuliyyəti öz üzərilərinə götürmək üçün hazırlıqlı olurlar. Respondentlərin daha çox 2/3-ü hesab edirlər ki, onlar yeni alətlərə və texnologiyalara sərmayə qoymalı, həmçinin məlumatların böyük həcminin idarə olunması üçün yeni strategiyalar hazırlamalıdırlar..
Bununla yanaşı, demək olar ki, əksər marketoloqlar hesab edirlər ki, onlar marketinq funksiyası çərçivəsində bacarıqların uyğunluğunu dəyişdirməli və analitik imkanlar yüksəltməlidirlər. Məlumatların böyük həcmlərinin idarə olunmasl sözsüz "icraya məcburi" siyahısında yüksək bir yer tutur. Respondentlərin 4/5-i yaxın üç-beş il ərzində müştəri analitikasından istifadə etməyi planlaşdıraraq, müştərilərlə (CRM) münasibətləri idarə etmək, sosial media və mobil əlavələrdən daha çox geniş istifadə etmək fikrindədirlər.
Bütovlükdə texnologiyalardan istifadənin genişlənilməsi üzrə respondentlərin planları belədir:
- Sosial media - 82%
- Müştəri-analitikası - 81%
- Müştərilərlə münasibətləri idarə etmə - 81%
- Mobil əlavələr (proqramlar) - 80%
- Məzmunu idarə etmə - 73%
- Planşet əlavələri (proqramları) - 72%
- İstehlakçıların inamları - 70%
- Birgə iş üçün alətlər - 68%
- Analitik proqnoz - 66%
- Reputasiya idarəetməsi - 63%
- Axtarış optimallaşdırması - 62%
- Kampaniya idarə etməsi - 61%
- Qiymət vərəqəsi/instrumental panel - 56%
- E - mail-marketinq - 46%