DəmirBank-dan VISA Classic, GoldPlatinum kartlarını alan müştərilərə xüsusi endirim kuponları təqdim ediləcək. “VISA ilə həyat rahatdır” adlı aksiya 31 iyul 2013-cü il tarixinədək keçirilir.
 
Şərtlərə görə, DəmirBank-dan VISA Classic, Gold və Platinum kartlarını alanlara Buta Sığortada 40%-dək, Sabina parfümeriya mağazalarında 20%-dək, WorldTelecom-da 30%-dək, Sumakh restoranında isə istifadə olunacaq 20%-dək endirim kuponu veriləcək.  Bundan başqa Park Cinema-ya da hədiyyə kuponları təqdim ediləcək.
 
Endirimlərdən yararlanmaq üçün VISA kartı ilə nağdsız ödəniş etmək zəruridir və ödəniş zamanı kuponlar kassaya təqdim edilməlidir.
 
DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.
 
DəmirBank plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir.
 
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.