Aprel ayının 30 - dan etibarən “Bakı Sığorta” ASC - də avtomobilini KASKO sığortası edən hər bir şəxs, sığorta hadisəsi baş verdiyi halda, qəzaya uğramış nəqliyyat vasitəsinin daşınmasında, 7 gün 24 saat ərzində növbədə olan evakuator xidmətindən təmənnasız olaraq yararlana biləcək


Sığortalı təmir müddəti ərzində  heç bir əlavə ödəniş etmədən əvəzedici avtomobil əldə etmək imkanına sahib olacaq.
 
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq “Bakı Sığorta”ASC-nin yeni strategiyası, avtomobil sığorta bazarında müştərilərinə ən yüksək xidmət, fərdi yanaşma və ən əsası doğma qayğı göstərməklə daima fərqlənməkdir. Məhz bütün bu qeyd olunanları nəzərə alaraq, “Bakı Sığorta”- “Qayğıkeş Sığortaçı” yeni şüarı ilə fəaliyyətini davam etdirir.