Ümumdünya federasiyasının yeni tədqiqatı bildirir ki, beynəlxalq şirkətlər daha çox marketinq büdcələrinin yerini dəyişərək, inkişaf edən bazarda ən yaxşı marketinq təcrübələrini axtarırlar. Sorğu əsasında WFA (Ümumdünya reklam federasiyası) aşkar etmişdir ki, qlobal marketinq büdcəsi $40 milyard təşkil edən 65 şirkət, ABŞ - "reklamının mübahisəsiz mərkəzi və marketinq kainatı" olmağı dayandırır.
60% sorgudan keçmiş marketoloq yeni bazarlara fokuslanmaq məqsədilə büdcələrinin payları dəyişdirdiklərini bildirdilər və onlardan 95%-i şirkətlərinin gələcək artımını ABŞ-dan gəlməyəcəyini düşünürlər.
Sorğu həmçinin 71%-dən çox dünya marketoloqunun hal-hazırda ən yaxşı marketinq təcrübəsini ABŞ xaricində əldə etməyi mümkün hesab etdiklərini göstərdi. Onlardan yalnız 43% marketinq üzrə amerika mütəxəssislərindən yeni marketinq təcrübəsini götürə biləcəklərini hesab edirlər.
Bununla belə, ABŞ əvvəlki kimi sosial mediada ən yaxşı təcrübələrə malik olan ölkələr rolunda çıxış edir. Digər bir tərəfdən, marketoloqlar birləşdirilmiş marketinq sahəsində "Böyük Britaniya", "kontinental Avropa" və "Avstraliya" kimi bazarları qabaqcıl adlandırırlar və mobil marketinq sahəsində Koreyanın, Yaponiyanın və Çinin nailiyyətlərini seçərək, bəzi avropa ölkələrinin yaradıcı tapıntılarını vurğulayırlar.
Bütovlükdə tədqiqat göstərir ki, ən böyük dünya şirkətləri daim mübadilə edir və bir-birinin marketinq ideyalarını qəbul edirlər. Müxtəlif ölkələrdə istifadə olunan Amerika ideyaları, sosial media strategiyaları, alıcı marketinqi, yaradılmaq və məzmunun yayılma strategiyaları kimi mövzüları daxil edirlər. ABŞ-a daxil olan beynəlxalq ideyalar, birləşdirilmiş marketinq kommunikasiyaları, event və mobil marketinqinə ROI-təşəbbüslərini vurğulayır.
Ümumdünya federasiyasının icraçı reklam direktoru "Stefan Lerke"nin sözlərinə görə, "ABŞ hələki qabaqcıl təcrübə mayakı olaraq qalır, xüsusəndə sosial mediada, marketoloqlar artıq bütün dünyada ideyaları axtarırlar".