YENİ FAIRY PLATİNUM Azərbaycanda “Ən dadlı yeməyimiz” müsabiqəsinə start verib!


 


Hər birimizin evində həftədə azı bir-iki dəfə dadlı və yağlı milli xörəklər bişir. Bu yeməklərdən sonra qabyuma işi əziyyətli olmaması üçün yeni FAİRY PLATİNUM sizlərə kömək edəcək.


 



FAIRY PLATİNUM dadlı və gözəl yeməklər bişirənləri müsabiqədə iştirak etməyə çağırır! Hər həftə müsabiqənin qalibi  2000 AZN miqdarında mükafat alacaq və “Süfrəmiz” verilişində hazırladığı yeməyin resepti ilə paylaşacaq. Müsabiqə 14 iyun 2013-cü il tarixinədək keçiriləcək. 


 



Müsabiqədə bişirdiyiniz dadlı yeməkləriniz iştirak edir. Bir həftə ərzində ən çox paylaşılan 2 şəkilin sahibləri finalda qalibiyyət uğrunda mübarizə aparacaq. Müsabiqənin şərtləri ilə
http://www.facebook.com/qadinlarklubu səhifəsində tanış olmaq olar.


 



Ən maraqlısı odur ki, qalibləri müğənni Elnarə Xəlilovanın özü müəyyən edəcək! ATV kanalında yayımlanan “Süfrəmiz” TV şousunun aparıcısı olan Elnarə Xəlilova 2 nəfər arasında ən ləziz yeməyin sahibini seçəcək. Qalib 2000 manat pul mükafatı, ikinci yerin sahibi isə FAİRY PLATİNUMun illik ehtiyatını qazanacaq. Qaliblərin adları Facebook səhifəsində də elan olunacaq.  Müsabiqə keçiriləcəyi müddətdə 4 qalib elan olunacaq.


 



Qeyd edək ki, təkmilləşdirilmiş formulaya malik yeni FAIRY PLATİNUM ən çətin gedən (hətta yanmış, yapışmış) yağları uzun istağa qoymadan cəmi 10 dəqiqəyə təmizləyir. FAIRY PLATİNUM çay ləkələrini belə aparır. Bundan başqa, FAIRY PLATİNUMla yuyulan qablar daha çox parıldayır, daha tez quruyur və qab yuduqda su ləkəsi daha az qalır.


 


FAIRY PLATİNUM dünyada tanınmış Procter & Gamble şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullardan biridir.