Azərbaycanda ən populyar sosial şəbəkə olan facebook-da AtaBank-ın rəsmi səhifəsi bir neçə ay fəaliyyət göstərir. Burada AtaBank-ın tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür.


Amma Facebook səhifəsi fanlarının ən çox marağına səbəb olan aksiyalar burada keçirilən müsabiqələrdir. Qaliblərə bahalı hədiyyələr qazandıran bu cür aksiyalar iştirakçılar tərəfindən həyəcanla izlənir. Elə bu yaxınlarda AtaBank-ın facebook səhifəsində fanlar üçün yeni ”AtaBank – dan Hədiyyə!” kampaniya keçirilib.


 


Bu gün AtaBank-ın ofisində facebook səhifəsinin 10 000-ci fanına Rəhimova Könül dəyərli hədiyyələr və 100 manat olan plastik kart hədiyyə təqdim olundu. Elə bundan əvvəl də aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar AtaBank tərəfindən dəyərləndiriliblər. Məsələn, facebook səhifəsini bəyənən 1000,1500 və 2000-ci istifadəci AtaBank-dan plastik kart hədiyyə alıb.


 


Lakin AtaBank sosial şəbəkələrdə fəaliyyətini yalnız facebook-la məhdudlaşdırmır. Müştərilər digər populyar sosial şəbəkələr olan – twitter, youtube, linkedin, google+ və digərlərində görə bilərlər.


 


Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


 


"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər internet səhifəmizi ziyarət edə bilərsiniz - www.atabank.com/