Hər zaman gənclərə, onların karyera imkanlarına və təhsilin inkişafına dəstək olan Nar Mobile, may ayının 17-də Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təşkil olunan, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 8-ci “Məzun – 2013” yarmarkasında iştirak edib. Yarmarkanın əsas məqsədi gənclərin gələcək karyerlarına dəstək olmaq və onlar üçün iş imkanı yaratmaq idi.
Tədbirdə Nar Mobile mobil operatorunun İnsan Resursları (HR) departamentinin əməkdaşları gənclərə şirkətdəki karyera imkanları haqqında məlumat veriblər və tələbələrin bilik və bacarıqları ilə ətraflı tanış olublar. Eyni zamanda şirkətə CV ilə müracit edən gənclər, departamentin əməkdaşları tərəfindən qeydiyyata alınıblar.
Gənclər üçün iş imkanlarının yaradılmasına və təhsilin inkişafına yönələn layihələr və tədbirlər Nar Mobile-ın Korporativ Sosial Məsuliyyəti strategiyasının bir hissəsidir. Şirkət hər il gənclərin peşəkarlığının artırılmasına, gənclər üçün karyera imkanlarının yaradılmasına və təhsilin təşviqinə yönələn layihələr həyata keçirir ki, bunlar da öz növbəsində ölkədə ixtisaslı kadrların yaranmasına zəmin yaradır.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən yarmarkada özəl şirkətlərlə yanaşı dövlət qurumları, bir sıra nazirliklərin nümayəndələri də iştirak etmişdirlər.