NBCBank ASC yeni plastik kart məhsulu - Maxi Card-ın “Maksimum faydalanın” sloqanı ilə kütəvi tanıdılmasına başlayacaqdır.
Bunu bankın İdarə Heyətinin sədri Fuad Qənbərov deyib.
“Kart bazarını inkişaf etdirmək, bu sahədə fəaliyyətimizi genişləndirmək üçün “Maxi Card” kredit kartı layihəsinə start vermişik. Artıq kartların dizaynı hazırlanıb və buraxılıb. Hazırda partnyor mağazalarla müqavilələr bağlanılır, yaxın vaxtlarda geniş reklamına başlayacağıq”, - Qənbərov qeyd edib.
Fuad Qənbərov bildirib ki, “Maxi Card” kredit kartıdır. Bu plastik kart vasitəsi ilə hər bir müştəri partnyor mağazalardan alınan malın məbləğini faizsiz olaraq 3, 6, 9 və ya 12 ay ərzində ödəyə biləcək.