Xalq Bank “Hər gün Park Cinema-ya 2 nəfərlik bilet qazan!" aksiyasını keçirir.
 
Aksiyanın şərtlərinə görə, gün ərzində www.billpay.xalqbank.az saytında ən çox ödəniş edən istənilən bankın plastik kart sahibi Park Bulvar və Metro Parkda yerləşən Park Cinema-ya 2 nəfərlik bilet qazanır. Aksiyada istənilən bankın plastik kart sahibi iştirak edə bilər. Qalib gələn şəxslər yaxın günlərdə “Salem hökmdarları”, “Əfsanə №17”, “Şam ağacları altında”, “Kon-tiki”, “Tələyə xoş gəlmişsiniz”, “Qanla və tərlə: Anaboliklər”, “Çox qorxulu kino 3”, “Rif 3D” və s. filmlərini izləmək şansını əldə edəcəklər.
 
Aksiya 30 iyun tarixinədək hər gün keçirilir. Qalib hər günün sonunda etdiyi əməliyyatların nəticəsinə görə müəyyən edilir. Bankın təqdim etdiyi onlayn portalda ödənişlər tamamilə pulsuz və təhlükəsizdir. Müştərilər portalda qeydiyyatdan keçərək kommunal, mobil telefon, kabel televiziya və internet provayderlərin ödənişlərini həyata keçirərək bonuslar qazana bilər. Hər ödənilən 1 manat istifadəçiyə 100 bonus xalı qazandırır. Yığılmış bonuslar elektron lotereya biletlərinə dəyişdirilərək İPAD MİNİ, SAMSUNG GALAXY S3 MİNİ, Bakının dəbdəbəli restoranlarından birində 2 nəfərlik şam yeməyi, dünya brendlərinin təqdim etdiyi ətirləri qazanmaq şansı verir. Aksiyada yalnız qeydiyyatdan keçmiş şəxslər iştirak etmək hüququna malikdirlər.
 
Qeyd etmək lazımdır ki, Xalq Bank tərəfindən təqdim olunan plastik kartlar pulsuzdur. Bununla da Siz Bankın 22 filialından birində plastik kart sifariş edərək tamamilə rahat və təhlükəsiz ödəniş etmək və müxtəlif hədiyyələr qazanmaq imkanını əldə etmiş olursunuz.