Qarşıdan gələn 28 may Respublika günü və Azərbaycan Xalq Cumhurriyətinin 95 illik yubileyi ilə əlaqədar “Bank of Baku” Bolkart istifadəçiləri üçün nağd pul kampaniyasına start verir. Beləliklə, 24-28 may 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, iyulun 10-dək əlavə faizsiz ödəniş imkanı qazanır. Kart sahibəri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 3%-dir.
Xatırladaq ki, Bolkart kredit kartı alınan malın dəyərini 1,3,6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir. Bolkartı qısa müddət ərzində artıq 100. 000-nə yaxın şəxs əldə edib.Bolkartla ölkəmizin 800-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.
Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də “Bank of Baku”-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.