DəmirBank-ın aktivləri 1 may 2013-cü il tarixinə 381 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 28,1 mln. manat və ya 8% çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 6,7 mln. manat və ya 2,5% artaraq 282,1 mln. manatı keçib.


 


Bankda müştəri depozitlərinin həcmi 1 may 2013-cü il tarixinə 178,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 may 2013-cü il tarixinə 136 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 19,4% və ya 22,1 mln. manat çoxdur.


 


Bankın nizamnamə kapitalı 1 may 2013-cü il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 56,6 mln. manat olub.


 


Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.