Azərbaycanın ən populyar kredit kartı olan Bolkart istifadəçilərinin sayı 100.000-ə çatıb. 100.000-ci Bolkartın sahibi Firuzə Ələkbərova oldu. Əlamətdar say münasibətilə Firuzə Ələkbərovaya hədiyyə qismində Samsung S4 smartfonu təqdim edilib. Hədiyyə Bolkart şəbəkəsinin tərəfdaşı “Integralplus”-un yeni açılmış “Samsung brend mağazası”-nda verilib. Hədiyyənin təqdim edilməsi mərasimində 100.000-ci Bolkart sahibi kartı gündəlik ehtiyacları üçün aldığını etiraf edib. “Bolkartla hər hansı malı alıb, haqqını bərabər hissələrlə aylar ərzində ödəmək, həm də kampaniyalar zamanı kartdan pul çıxarmaq olur. Bu gün bu üstünlüklər sıravi insanlar üçün son dərəcədə faydalıdır. Təşəkkürlər, Bolkart!”.


 


2011-ci ilin sonu kütləvi dövriyyəyə buraxılan Bolkart ötən müddət ərzində böyük populyarlıq qazanıb və bu gün artıq 100.000 insan ondan gündəlik istifadə edir.  100.000-ci Bolkartın verilməsi münasibətilə “Bank of Baku”-nun sədr müavini Abbas İbrahimov bu rəqəmin Azərbaycan ödəniş kartları tarixində önəmli bir göstərici olduğunu qeyd edib. “Biz istehlakçıların Bolkart kredit kartına böyük maraq gö stərmələrindən son dərəcədə məmnunuq. Bu, bizim üçün həm qürur mənbəyi, həm də ciddi bir məsuliyyətdir. Bunu nəzərə alaraq, biz Bolkart sahiblərinin kartdan istifadə imkanlarını genişləndirmək, eyni zamanda alış-verişlərini izləmək və nəzarət etmək üçün onlara məsafəli bank xidmətlərini təqdim etmək niyyətindəyik”.


 


Ölkədə nağdsız ödəmələrə xüsusi diqqət yetirməklə “Bank of Baku” Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin genişləndirilməsi siyasətinə öz töhfəsini vermiş olur. Azərbaycanda ödəniş kartları bazarının inkişafı  “Bank of Baku”-nun əsas prioritetlərindən biridir.


 


Xatırladaq ki, bu gün Bolkartla ölkəmizin 800-ə yaxın geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Bolkart ilə hər-hansı mal alıb, onun dəyərini bərabər hissələrlə 1, 3, 6 və ya 12 aya ödəmək olar. Bolkartdan habelə vaxtaşırı pul çıxarmaq da mümkündür.


 


Bolkart-ın üstünlükləri ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.