Rabitə və informasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir. Azərbaycanda mobil telefonların sayı ümumi əhalinin sayına bərabər olan bir dövrdə, bu telefonların insanlara olan faydaları və bizə verdiyi fürsətlər durmadan artmaqdadır. Bizi əhatə edən cəmiyyətin müxtəlif sahələrində reklam məhsullarını izləyirik. Manads tətbiqi sizə mobil telefonunuzdan reklamları izləyərkən pul qazanma imkanını yaradır. Təklif etdiyimiz xidmət vasitəsi ilə siz onsuz da gündəlik etdiyiniz və hətta etməyə məcbur qaldığınız zənglərə cavab verməklə xərclərinizin müəyyən qismini qarşılaya bilərsiniz. Artıq zəng etməyə xərclədiyiniz pulları, zəngləri qəbul edərkən qazanacaqsınız.
İşləmə mexanizmi:
İstifadəçi “Google Play”-dən tətbiqi mobil telefonuna yüklədiyi andan zənglər zamanı reklam məhsullarını izləməyə başlayacaq və bu zaman hər reklama görə müəyyən məbləğ pul hesabına daxil olacaqdır.
Yüklə, Bax, Qazan və Paylaş prinsipi ilə işləyən sistem hal-hazırda yalnız Android əməliyyat sistemi ilə işləyən telefonlar üçün nəzərdə tutulub. Ortalama hesabla hər istifadəçi ay ərzində mobil tətbiqi istifadə etməklə 12-45 AZN qazana bilərki bununla öz aylıq danışıqlarını ödəyə biləcəkdir.
Tətbiq hal-hazırda test mərhələsindədir. Bu mərhələdə yalnız virtual pullar qazanıla biləcək. Sonradan bu virtual pullar vasitəsi ilə istifadəçilər hədiyyələr qazana biləcəklər. İyun ayının sonlarından etibarən artıq istifadəçilər real hesablarını formalaşdıra biləcəklər. Qazanılmış pulları nağdlaşdırmaqla yanaşı müxtəlif yerlərə ödənişlər etmək mümkün olacaqdır.
Test versiyası bitdikdən sonra şirkətlər “Manads” tətbiqinin verdiyi imkanlardan istifadə edə biləcəklər.
MOBİL İMKANLARINI KƏŞF ET!