Bu həftədən başlayaraq Finca Azerbaijan müştəriləri kreditlərini təşkilatın ofisindən kənarda gün ərzində ödəmə imkanı əldə etdilər. Bu Finca Azerbaijan-ın MilliÖN ödəmə sisteminə qoşulması nəticəsində baş verdi. Beləliklə, müştərilər ödəmələrini 800-dən çox ödəmə terminallarında həyata keçirə bilərlər.
“MilliÖN-lə partnyorluq ilk növbədə bizə müştərilərimizin rahatlığının qayğısına qalmaq imkanı yaradır, çünkü hamınının iş saatlarında bizim ofislərə yaxınlaşıb, krediti ödəmək imkanı yoxdur. İndi bizim ödəmələr 800-dən artıq ödəmə nöqtələrində həyata keçirilə bilər, və biz ümidvarıq ki, bu bizim müştərilərin xoşuna gələcək.” – Finca Azerbaijan qeyd etdi.
“Bu, qeyribank kredit təşkilatı ilə həyata keçirilmiş ilk layihədir. Bizim terminallar ölkənin bütün rayonlarında quraşdırılıb, həmçinin FİNCA Azerbaijan-ın sub-ofislərinə yaxın yerlərdə. Və qeyd edək ki, ilk günlərin statistik nəticələrinə əsasən, müştərilər bu yenilikdən razıdılar.” - Komtec LTD (MilliÖN brendinin sahibi) MMC-nin İcraçı direktoru Söhrab Fərhadov deyərək, qeyd etdi.
Kreditlərin ödənilməsi üçün terminalın ekranında “Bank xidmətləri” bölməsini seçib, “FİNCA Azerbaijan” düyməsinə basmaq, hesab nömrəsini daxil etmək, təsdiqləmək, əskinazı daxil etmək və çeki almaq lazımdır.
Kreditlərin ödənilməsi üçün komissiya tutulmur. Ödəmələr online rejimdə keçirilir.
“Terminallarımız vasitəsilə ödənə bilən xidmətlər siyahısının genişləndirilməsi bizim əsas məqsədimizdir. Əhalinin müxtəlif ödəmələri, maliyyə və bank xidmətləri daxil olmaqla, həyata keçirmələri üçün əlimizdən gələni edirik” – deyərək, S.Fərhadov əlavə edib.