Genna’Baku agentliyi Dodge Azerbaijan üçün yeni, tizer xarakterli “Qadınlar üçün deyil” tətbiqi yayımlayıb.  Facebook vasitəsi ilə yayımlanan bu tətbiqdə insanlar öz fikirlərini bölüşür, onlara görə nəyin qadınlar üçün olmadığını yazırlar. Tətbiq yeni yayımlanmasına baxmayaraq, artıq kifayət qədər marağa səbəb ola bilib. Yaradıcı və kreativ fikirlərin çoxluğu tətbiqi daha da əyləncəli edir. İnsanların bölüşdüyü fikirlərin birbaşa billboardlarda əks olunması da bu facebook tətbiqini maraqlı edən cəhətlərdəndir.


 


Tətbiqin fərqli cəhətlərindən biri də tam olaraq like müsabiqəsi olmamasıdır. Qaliblərin istifadəçilər tərəfindən ən çox like edilən 20 rəy arasından seçilməsinə baxmayaraq, bu 20 rəy arasından ən yaradıcı üç rəyi münsiflər heyyəti seçəcək.  Ən seçilən, maraqlı üç rəyin sahibini isə Dodge tərəfindən dəyərli hədiyyələr gözləyir.


 



Tətbiqin proqramlaşdırılması "Safaroff" agentliyi tərəfindən həyata keçirilib.