Sosial layihə Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ-ın Azərbaycan səfirliyinin maliyyə dəstəyi, “ALTRO” agentliyinin kreativ və “Nar Mobile” şirkətinin təşkilati dəstəyi ilə həyata keçiriləcək.
Layihənin əsas məqsədi Azərbaycan haqqında məlumatların ingilis dilində intellektual oyun şəklində məktəblilərə çatdırılması, Amerikalı Sülhməramlıların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olması üçün imkan, Bölgələrdə yaşayan məktəblilər üçün vaxtın səmərəli və əyləncəli keçirilməsi üçün şəraitin və ABŞ təhsilli tələbələrlə məktəblilər arasında güclü şəbəkənin yaradılmasıdır.
Həyata keçiriləcək layihədə Sumqayıt, Şabran, Şəki, Tovuz, Mingəçevir, Yevlax, Ağcabədi, Lənkəran və Siyəzəndən 36 nəfər 9-cu və 11-ci sinif şagirdləri, həmçinin onlarla birgə fəaliyyət göstərən və müxtəlif sosial və ekoloji layihələr keçirən 9 amerikalı, Sülhməramlı Korpusun Könüllüləri (Peace Corps Volunteers) iştirak edəcəklər.
Bilik yarışmasında bütün suallar Azərbaycan və Amerika Birləşmiş Ştatlarının mədəniyyətini, tarixi, coğrafiyası və münasibətlərini özündə əks etdirəcək. Yarışma iki əsas dildə - Azərbaycan və İngilis dilində aparılacaq.