Kreditlər üzrə ödənişlərin müştərilər üçün daha da rahat həyata keçirilməsini təmin etmək məqsədilə “FINCA Azerbaijan” MilliÖn ödəniş sisteminə qoşulmuşdur. İndi, “FINCA Azerbaijan”-ın müştəriləri ölkənin bütün regionlarında quraşdırılmış 800 ödəmə terminalları vasitəsi ilə kreditlərini ödəyə biləcəklər.
 
Kreditlərin ödənilməsi üçün terminalın ekranında “Bank xidmətləri” bölməsini seçib, “FINCA Azerbaijan” düyməsinə basmaq, hesab nömrəsini daxil etmək, təsdiqləmək, əskinası daxil etmək və çeki almaq lazımdır. Müştərilər kreditlərini həm manat, həm də dollarla ödəyə bilərlər.
 
Kreditlərin ödənilməsi üçün komissiya tutulmur. Ödənişlər onlayn həyata keçirilir.
 
Daha ətraflı məlumat üçün *2525 Məlumat Mərkəzinə müraciət edin.