1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə McDonalds Azərbaycan şirkəti Abşeron rayonu Saray qəsəbəsində yerləşən №7 saylı  İnternat məktəbində (ağıldankəm  və fiziki qusuru olan uşaqlar) xeyriyyə tədbiri keçirmişdir.


 


McDonalds restoranları müştərilər tərəfindən yığılmış  ianələrdən 5560 AZN dəyərində uşaq geyimləri, lazımi məişət texnikaları və uşaqlar üçün digər əşyaları alınaraq internat məktəbinə təhvil verilmişdir.


 



“Bütün internat məktəbinin kollektivi adından bu xeyriyyə tədbirini təşkil edən və uşaqlara öz köməkliklərini göstərən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm” –internat məktəbini direktoru Qətibə Əzizova qeyd etmişdir.


 



Öz növbəsində McDonalds Azərbaycan şirkəti bu xeyriyyə tədbirinə köməklik göstərən bütün müştərilərinə öz dərin minnətdarlığını bildirir.