MilliÖN ödəniş sistemi və ölkənin aparıcı banklarından biri UniBank əməkdaşlıq sazişi bağlayıblar. Bu saziş çərçivəsində müştərilər həm rahat yerdə kreditlərini ödəyə bilərlər həm də kredit xətti sifariş edə bilərlər.


 


Krediti ödəmək daha asan ve sürətli oldu! Yetər ki, sizə yaxın olan MilliÖN terminalını seçin:


 



Bunu etmək üçün menyuda “Bank xidmətləri” düyməsini seçin, sonra «UniBank» düyməsini seçin, bundan sonra - "Kredit ödənişi"  düyməsini basın. Bank müştəriləri prefiksla bərabər mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin nömrəsini yığmalıdırlar, lazımi məbləği daxil edib, çeki almalıdırlar. Məbləğin köçürülməsi real rejimdə həyata keçirilir. Məbləğin ödənilməsinə görə komissiya tutulmur.


 



Kredit xəttinin sifarişi üçün, terminal menyusunda “Bank xidmətləri”  düyməsini seçin, sonra «UniBank» düyməsini seçin, bundan sonra “Kredit sifarişi” düyməsini basın. Müraciət edən prefiksla bərabər mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin nömrəsini yığmalıdır. Qısa müddətdən sonra, ərizəçi kredit və ətraflı barədə SMS alacaq. Bu SMS-də müraciət edən nə məbləğdə kredit götürə biləcəyi barədə məlumat olacaq. Bu xidmət pulsuzdur.


 


MilliÖN və Unibank nümayəndələri birgə bəyanatlarında qeyd ediblər ki, "MilliÖN ödəniş sistemində bu cür xidmət kompleksi hələ təqdim olunmamışdır, və biz buna ilk imza atmağımızla fəxr edirik.  Əminik ki, əhali bu yeniliyi sevinclə qəbul edəcək və bu yenilik elektron ödəniş sistemlərinə populyarlıq gətirəcək ".