Bu yaxınlarda  Şəmkir rayonunda, bilavasitə İpək Yolunun yaxınlığında 21 hektarlıq möhtəşəm Əyləncə Mərkəzinin açılışı nəzərdə tutulub. Şəmkirlilər, eləcə də rayonun qonaqları buradakı yamyaşıl parkdan, müasir attraksionlardan, ən son standartlara uyğun inşa edilmiş iaşə obyektlərindən yararlana biləcək, asudə vaxtlarına, necə deyərlər, xüsusi rəng qatacaqlar.


 


Qeyd edək ki, istirahət zonasında fəaliyyət göstərəcək fast-fud restoranının brendinq layihəsi Maxmedia Agentliyinə həvalə olunmuşdu. Tapşırıq da bu idi  ki, ad obyektin funksional xüsusiyyətini əks etdirməli, yaddaqalan, həm yerli, həm də İpək Yolundan istifadə edən qonaqlar, əcnəbilər üçün anlaşılan olmalıdır.


 



Maxmedia-çılar da çox düşündü, o ki var götür-qoy etdi, yazdı-pozdu... Nəticədə müştəriyə bir neçə variant təqdim edildi. İşin sifarişçisi isə variantlar arasında ŞAMBURQ-a üstünlük verdi. Öz aramızdı, “Şəmkir Burgeri” pis alınmayıb ha... Bəs siz necə düşünürsünüz?