"AtaBank" ASC, vətəndaşlar üçün səyyar bankomat xidməti olan AtaMatik-i Bakı şəhər ərazisində istifadəyə verərək, sosial işçilər, müəllimlər və dövlət qulluğundakı digər işçilər, eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə rahatlıq təqdim edir.
“AtaBank” ASC, daha əvvəl Şəmkir və Gədəbəy rayonları ərazisində pilot layihə olaraq sınaqdan keçirdiyi səyyar bankomat xidməti “AtaMatik”i artıq müntəzəm cədvəllə işə salaraq Bakı şəhərində əhaliyə daha yaxın olmağı planlaşdırır.
“AtaMatik”in imkanları bankomat xidməti ilə məhdudlaşmır. Vətəndaşlar, “AtaMatik” avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıqlar və təyin olunan əməkdaşlar vasitəsilə bir sıra bank işlərini rahatlıqla həyata keçirə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər internet səhifəmizi ziyarət edə bilərsiniz - www.atabank.com/.