17 iyun Azərbaycan tibb işçilərinin peşə bayramı ilə əlaqədar “Bank of Baku” endirimli kredit kampaniyası elan edir.


 


Kampaniyanın şərtinə əsasən, “Bank of Baku” Azərbaycan səhiyyə sisteminin işçiləri üçün pul kreditlərinin illik faiz dərəcəsində 3 %-lik endirimə başlayır.


 



Kreditin maksimal məbləği 10.000 manat təşkil edir. Müddət – 30 aya qədər. “Bank of  Baku” ilə razılaşması olan bir çox tibb müəssisənin işçiləri, habelə bankın təkrar müştəriləri, bu kampaniyadan yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə faydalana bilər. 7 iyun tarixindən etibarən start götürən kampaniya 7 iyul 2013-cü il tarixinədək davam edəcək.


 



Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək, habelə bankın http://www.bankofbaku.com/az/conducts-campaigns/cash-loan-campaign-medical.html səhifəsini ziyarət etmək olar.