Sosial layihə Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ-ın Azərbaycan səfirliyinin maliyyə dəstəyi, “ALTRO” agentliyinin kreativ və “Nar Mobile” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir.
İntellektual oyun şəklində həm Azərbaycan, həm də İngilis dillərində keçirilən müsabiqədə suallar Azərbaycan və ABŞ mədəniyyəti, tarixi, coğrafiyası və ölkələrarası münasibətləri əks əks etdirirdi. Mərhələlərarası fasilələr hər iki ölkəni təcəssüm edən canlı musiqi, rəqslər və oyunlardan ibarət idi.
Müsabiqənin nəticələrinə görə I yeri Şəki komandası, II və III yerləri isə müvafiq olaraq Tovuz və Siyəzən komandaları tutmuşdur.
Mükafatlandırma mərasimində ABŞ-ın Azərbaycandakı səfirinin xanımı “Faith Morningstar”, “BİZ” İctimai Birliyinin direktoru Aynur Məmmədova, ABŞ Beynəlxalq Təhsil Şurasının direktoru “Peter Vanderwall”, Azərbaycan Respublikası prezidenti yanında Gənclər sektorunun direktoru Vagif Seyidbəyov həmçinin layihənin təşkilatçısı Aliyar Hüseynov çıxış etdilər.
Xanım Morninqstar öz çıxışında “CASE” təşkilatına bu kimi sosial layihənin keçirilməsinə görə dərin minnətdarlığını bildirmiş və bu cür layihələrin ölkələrarası münasibətlərdə mühüm rol oynadığını qeyd etmişdir.
Bütün iştirakçılar sertifikat və hədiyyələrlə təltif olundular. Bundan başqa iştirakçılar üçün şəhər gəzintisi və əyləncə mərkəzinə getmələri də təşkil edilmişdir. Layihə bitdikdən sonra iştirakçılar öz bölgələrinə geri döndülər.