Əvvəlki loqoda bir kitabın içərisində Azərbaycan bayrağı olduğu halda, yeni loqoda bir neçə kitabın-dərsliyin içərisində Azərbaycanın gerbi yerləşdirilib. Təhsil Nazirliyindən APA-ya Təhsil Nazirliyinin loqosunun dəyişdirildiyi təsdiqlənib.
 
Nazirlikdən deyilib ki, yeniliklər bununla yekunlaşmayacaq. Belə ki, Təhsil Nazirliyinin saytında da dəyişikliklər aparılacaq. Nazirliyin facebook səhifəsi isə artıq yeni formada hazırlanıb.