208 heçbək və 2008 şəhər krossoveri ilə Peugeot Avropa B seqmentini ələ keçirir.
29 Avropa ölkəsini əhatə edən bazarın 30%-ni təşkil edən bu seqmentdə 2012-ci ilin dekabrından - fevraladək Peugeot 208 lider olub. Aprel də isə brend martda kiçik bir fərqlə itirdiyi üstünlüyü geri alıb – 25600 ədəd satışla VW POLO, Ford FIESTA, Renault CLIO IV və Opel CORSA-nın durduğu sıraya başçılıq edib.
Daha 2 versiyada – 208 XY və 208 GT-i ilə buraxılması mayda sifarişlərin daha da artmasına səbəb olub. Buraxıldığı vaxtdan – 2012-ci ilin iyunundan bu il mayın sonunadək dünya üzrə 314 min Peugeot 208 modeli satılıb.
2008 modeli ilə Peugeot B seqmentinə uğurlu krossover bəxş edib. Nəticədə göz qabağında – ötən ay Avropaya təqdim edilmiş model 1 ayda 15400 ədəd satılıb.
2008 modeli ilə bağlı iddialı olan Peugeot 2015-ci ilin sonunadək 200000 ədəd satmağı hədəfləyib.