“Yay tətili kreditləri” aksiyası üzrə DəmirBank-dan 10000 AZN-dək biznes və ya istehlak kreditləri almış və aktiv kredit borcu olan müştərilər əlavə paralel kredit ala bilər.


 
Müştərinin krediti 5 000 AZN-dək olduqda 1 000 AZN, 5 001 – 10 000 AZN olduqda isə 1 500 AZN əlavə kredit verilir.
 
Kredit 15 ay müddətinə verilir və bu müddətin ilk 3 ayı yalnız aylıq faiz ödənilir. Kreditin əsas məbləğinin ödənişi 3 ay sonra başlanır. Kredit üçün iş yerindən arayış, zamin və girov tələb olunmur.
 
Aksiya biznes və istehlak kreditləri üzrə minimum 6 ay müsbət kredit tarixinə malik müştərilərə şamil olunur. Müştərinin müsbət kredit tarixi müvafiq formula əsasında müəyyən edilir.
 
DəmirBank müştərilərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.
 
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.