Zuckerberg gözlənilən addımı atdı: hashtag xüsusiyyəti artıq Facebookda! Son zamanlar Twitterindən geridə qalan Facebook nəhayət ki, hashtag istifadəsinə start verdi. Artıq Facebook istifadəçiləri də hashtag açaraq fotoşəkil, mesaj və link paylaşımlarında istifadə edə biləcəklər.
Digər bir tərəfdən Facebook hashtagi Twitterdən fərqli olaraq üzərindən reallaşan "stream" üçün gizlilik ayarlarına görə də təyin olunacaq: istifadəçilər hər kəsə açıq və yalnız yoldaşları tərəfindən izlənilə bilən postları görə biləcəklər. Lakin hal-hazırda Facebook üzərindən hashtag istifadəsi yalnız məhdud sayda istifadəçilər tərəfindən əlçatandır.
"Hashtaglar – istifadəçilərin həmin an müzakirə etdikləri mövzu axtarışını asanlaşdırmaqda ilk addımdır" - “Facebook”un məlumatında bildirilir. “Facebook” hazırda hashtagların dəstəklənməsi xidmətlərini məhdud şəkildə tətbiq edir, milyardlarla istifadəçi üçün onlar yaxın həftələr ərzində təqdim ediləcək.
Müstəqil analitiklər əmindirlər ki, “Facebook” tərəfindən hashtaglarin tətbiqi ilk növbədə “Twitter” ilə reklam büdcələri üzərində rəqabətdir. Onlar eyni zamanda bildirirlər ki, “Twitter” funksionalı mesajların yazılışı üçün məhduddur, buna görə də mənalı hashtaglarin istifadəsi məntiqli və izahlıdır. “Facebook” mesajlarının həcminə məhdudiyyət yoxdur, axtarış sistemi də burada bütün şəbəkədə işləyir, buna görə də hashtaglarin mənası heç də şübhəsiz deyil.
Rəqabət faktorunu istisna etsək, ola bilsin ki, bu addım düşünülərək atılıb, çünki “Facebook” istifadəçilərinin əksəriyyəti həm də “Twitter” ilə işləyirlər, buna görə də onlar üçün “Twitter” hashtaglari doğma mühitdir.