Cari ilin 5 ayın yekunlarına əsasən, “NBC Bank” ASC-nin əhalidən cəlb etdiyi əmanətlərin məbləği 15,67% artaraq, 43,33 milyon manata çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,1% çoxdur. 01.06.2013 tarixinə Bankın aktivləri artıq 95,4 mln. təşkil edərək, ötən ilin müvafiq dövr ilə müqayisədə 25,5% artmışdır. Bankdan verilən məlumata görə, Bankın depozit və eləcə də aktivlərində müşahidə olunan sürətli artım, vətəndaşlar tərəfindən banka verilən dəyərin və artan etibarın bariz nümunəsi kimi səciyyələndirmək olar.
Qeyd edək ki, NBC Bank, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda 30000 AZN-ə və 12% qədər bütün depozitlər Sığorta Fondu tərəfindən sığortalanır.
Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə təsis edilib, ölkədə yaradılan ilk banklardan biridir. "NBC Bank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını təqdim edir. Bura depozit əməliyyatları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətləri daxildir.
“NBC Bank”ın təklif etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumat üçün 932 nömrəsinə zəng edərək və ya www.nbcbank.az internet səhifəsindən, bankın rəsmi facebook səhifəsindən əldə edə bilərsiniz https://www.facebook.com/NBCBankASC