“Bank of Baku” və Azərbaycanın ilk mobil rabitə operatoru Bakcell müştərək layihəyə start verirlər. Layihə  çərçivəsində Bakcell CİN abunəçiləri üstünlük və imtiyazlarla təmin edilmiş kart əldə edəcəklər. Bakcell CİN müştəriləri üçün nəzərdə tutulan xüsusi Bolkartı 24 ay və daha artıq müddətə Bakcell CİN abunəçisi olan və son 12 ayda minimum 200 manatlıq mobil danışıq haqqı ödəyən Bakcell müştəriləri və “Bank of Baku”-nun daimi müştəriləri əldə edə bilər.


 


“Bolkart-Bakcell” ilə Azərbaycanda, xaricdə, həmçinin onlayn qaydada MasterCard loqosu qeyd olunmuş bütün ticarət məkanlarda alış-veriş etmək mümkündür.


 



Kartın limiti iki hissədən ibarətdir:


 



1)Bolkart limiti: Son 12 aydakı mobil rabitə ödənişinin 200%-i həcmində, bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılması mümkündür.


 



2)Avtomatik mobil rabitə ödənişi üçün aylıq limit: son 12 aydakı mobil rabitə ödənişinin 15%-i həcmində, bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılması mümkündür.



 


Misal. Əgər müştərinin son 12 ay ərzindəki mobil rabitə ödənişi 300 manatdırsa, o halda Bolkart üzrə limiti 600 manat, mobil rabitənin avtomatik ödənişi üçün limit isə aylıq 45 manat təyin edilir. Yəni, kartı əldə etmiş müştərinin mobil nömrə üzrə balansı sıfırlandıqda, fasilə yaranmadan mobil rabitədən ay ərzində 45 manatlıq limit çərçivəsində istifadə edə bilər. Həm Bolkart üzrə limit, həm də mobil rabitə üzrə limitdən istifadə zamanı yaranan borc “Bank of Baku”-ya ödənilir.


 



“Bolkart-Bakcell” kartını əldə etmək üçün hazırda müştərilər yalnız şəxsiyyət vəsiqəsi ilə “Bank of Baku”-nun baş ofisində yerləşən Müştəri Xidmətləri departamentinə  və ya “Mərkəz” filialına baş çəkə bilərlər.


 



Layihə barədə daha ətraflı : 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku.