AtaBank Lider sistemi üzrə pul köçürmələrini təqdim edərək, təcili pul köçürmə xidmətləri çeşidini genişləndirib.



Lider sistemi ilə müştərilər 30-dək ölkə üzrə ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. 

Bu ölkələr sırasında Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Belorus, Latviya, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Polşa, Portuqaliya, Rumıniya, Yunanıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada, Çin, Vyetnam Monqolustan mövcuddur.

Pul köçürmə xidmətlərini AtaBank-ın 24 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Coinstar, Blizko, PrivatMoney, Migom və Lider sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.



AtaBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur. 



1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com  saytına və ya  sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz -  www.facebook.com/atabank.