İyunun 24-dən avqustun 31-dək Unibank “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereya keçirir.
Lotereya müddətində banka olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filiallarından, Milli Ön paypointlərindən və Online formada (www.unibank.az və www.hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər. Lotereyanın şərtləri, bu müddətdə Unibank filiallarında və bankın Cash-in-lərində aparılan kredit ödənişlərinə şamil edilmir.
Oyunun keçirildiyi aylar ərzində hər kredit müqaviləsi üzrə edilmiş ödənişlər 1 şans kimi qəbul ediləcək. Müştəri bir kredit müqaviləsi üzrə hər ay ( iyun,iyul, avqust) ödəniş edərsə, maksimum 3 şansı ola bilər. Hər ayda bir kredit üzrə neçə dəfə ödəniş həyata keçirməsindən asılı olmayaraq hər ay üzrə 1 şans kimi dəyərləndiriləcək. Ümumilikdə, müştəri həmin kredit üzrə lotereyada 3 iştirak şansı əldə edə bilər.Lotereya tirajı keçirildiyi gündə qalib olmuş müştəri, bankda olan krediti üzrə 10 gündən artıq kredit ödənişini gecikdirmiş olarsa, həmin müştəriyə pul uduşu təqdim edilməyəcək.
Tirajda 50 lotereya iştirakçısı qalib elan ediləcək. Uduşun ümumi fondu 5 000 (beş min ) manat təşkil edir. Hər qalib 100 manat pul uduşu əldə edəcək. Lotereya üzrə uduşlar, Bankın Baş İdarəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 55 ünvanında keçiriləcək. Uduş fondunun oynanılması elektron püşkatma qaydasında həyata keçirilir. Hər bir lotereya iştirakçısının ,onu digər iştirakçılardan fərqləndirən bir eyniləşdirmə nömrəsi olacaq. Qalib gəlmiş şəxslər müəyyən olunduqdan sonra, pul uduşunu almaq üçün Bankın baş idarəsinə dəvət olunacaq və uduşlarını həmin gün əldə edəcəklər. Lotereyada iştirak bankın işçilərinə şamil edilmir.