“Bank of Baku”-nun MasterCard loqolu Bolkartı təqdim etməsi müştərilərin böyük marağına səbəb olub. Bir həftə ərzində artıq minlərlə müştəri bu plastik kartı əldə edib. İndi onlar Bolkart MasterCard sayəsində həm Azərbaycanda, həm də MasterCard loqosu olan dünyanın istənilən ticarət mərkəzində alış-veriş edə bilirlər. Bundan savayı, Bolkart MasterCard sahibləri internet-mağazalarda arzu etdikləri malı rahat ala bilirlər. Beləliklə, Bolkart MasterCard ilə dünyanın aparıcı onlayn-dükanlarından müxtəlif məhsullar almaq mümkündür. MasterCard  loqolu Bolkart xüsusi çiplə təmin edilib və POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz və rahatdır.


 


Hal-hazırda MasterCard loqolu Bolkartı “Bank of Baku”-nun paytaxtda yerləşən altı filialından – Baş İdarədə yerləşən Müştəri Xidmətləri Departamenti, “Mərkəz”, “28 May”, “Neftçilər”, “Nəsimi” “Bakıxanov” filiallarından əldə etmək mümkündür. Yaxın zamanlarda isə müştərilər kartı bankın bütün filiallarından əldə edə biləcək. MasterCard loqolu Bolkartı həm yeni ərizəçilər, həm də artıq kartın aktiv istifadəçisi olan, ödənişləri üzrə gecikməsi olmayan şəxslər Bolkart üzrə aktiv borcunu ödəməklə əldə edə bilər.


 



Bu gün artıq 110.000-dən çox insan Bolkartdan istifadə edir.



 


Yeni MasterCard Bokart barədə daha ətraflı məlumat üçün 145 Məlumat Mərkəzinə zəng etmək və ya www.facebook.com/bolkart səhifəsini ziyarət etmək olar.