Məlum olduğu kimi, Tic Tac drajeləri insanlara illər boyu təravətin dadını bəxş edir. Amma Tic Tac drajelərinin harada və necə əmələ gəlməsi, brendin uğur tarixi haqqında çoxumuz bilmir. Tic Tac da kiçik bir aləmdir və onun çox maraqlı bir tarixi və müxtəlif xüsusiyyətləri var. Aşağıda sadaladığımız müxtəlif faktlar sizin üçün həqiqətən də maraqlı ola bilər.
- Tic Tac 1969-cu ildə icad olunmuşdur. Həmin ildə Amerika kosmonavtlarının aya uçuşu və əsrin ən yaddaqalan musiqi tədbiri — Vudstok festivalı baş tutmuşdur. Eyni zamanda İtaliyada Ferrero şirkəti dünyanı fəth edəcək bir məhsulun yaradılması üzərində işləyirdi.
- Tic Tac-ın fantastik yüksəlişi təkcə dadı və təravətinə görə yox, həm də yaddaşda asanlıqla qalan adı ilə bağlıdır. “Təravətləndirici nanələr” adlanan bu məhsula 1970-ci ildə yeni bir ad verilmişdir — “Tic Tac”. Bu məşhur adın əsasında onun qablaşdırmanın açıldığı və ya bağlandığı zaman çıxartdığı spesifik səsdir.
- 80-ci illərin ortası üçün Tic Tac artıq beş qitənin bazarında satılırdı. Vaxt getdikcə Tic Tac-ın artıq bir çox dadları təqdim edilirdi və 1998-ci ildə Tic Tac dünyanın qənnadı məhsulları arasında satışlar üzrə 4-cü yerə çıxmışdır.
- Tic Tac-ın xüsusi buraxılışları fanatlar tərəfindən səbrsizliklə gözlənilir və toplanılır. Xüsusi buraxılışlar dünyada ən mühüm hadisələrə həsr olunur və brendin fanatlarını daima cəlb edir.
- Tic Tac müxtəlif ulduzların çəkildiyi kinolarda da iştirak edir. Onu “Başıboşlar”, “Doktor Dulitl”, “Cuno” və “Romaya sevgilərlə” kimi bir çox tanınmış filmlərdə görmək mümkündür.