Unibank 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir. Bank bayram günündə də öz dəyərli müştərilərinə xidmət göstərməkdə davam edəcək. Bayram günü 11 saylı (Dərnəgül) və 16 saylı (Baksovet) filiallar istisna olmaqla, Unibankın paytaxt və bölgələrdəki bütün filialları işləyir. Abşeron filialları saat 14 .00-dan 18.00-dək, regional filiallar isə saat 09.00-dan 18.00-dək işləyəcək.


 


Unibankda müxtəlif peşə sahiblərinin bayramı münasibəti ilə möhtəşəm yay kampaniyası  davam edir. Kampaniya çərçivəsində iyulun 15-dək Unibankdan kredit götürən dövlət qulluqçuları, hərbçilər və həkimlərə kreditlər  2%  endirimlə verilir. Kreditin maksimal məbləği  7500 AZN-dək artırılıb, ödəniş müddəti  isə 48 ayadək uzadılıb. Kampaniya çərçivəsində kredit götürən bu peşə sahiblərinə böyük imtiyazlar verən üzvlük kredit kartları hədiyyə ediləcək.


 



İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibankın CASH-in öəniş terminallarında və unibank.az saytında  vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər. Unibank filialları həftənin 6 günü müştərilərin xidmətindədir. Filiallalar nahar fasiləsiz işləyir.


 



Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az)  əldə etmək olar.