“Facebook” sosial şəbəkəsinin proqram təminatının mobil versiyasına xəbərlərin çatdırılması üçün xüsusi servis üzərində işlər aparılır və analoji işlər Twitter-də də görülür.


“Reader” adlanan yeni servis şəbəkə istifadəçilərinin, həmçinin Facebook-da qeydiyyatdan keçmiş peşəkar naşirlərin təqdim etdikləri xəbər kontentini əks etdirəcək. Servisin kontentin avtomatik filtrasiyası, xəbərlərin qruplaşdırılması və xəbərlərin mənasına görə analizi bazasında xəbər trendlərinin yaradılması mexanizminə malik olacağı gözlənilir.