MaxCreative Leylək Uşaq Bezlərinin (yerli bazarda tək uşaq bezidir) korporativ üslubunun yenilənməsi üzrə layihəni başa vurub. Yenilənmiş aydentikaya, yəni korporativ simanın eyniləşdirməsi elementlərinə dair xüsusi bələdçi kataloq da hazırlanıb.


 


Dəyişikliklər öz əksini əsasən brendin adının yazılışında, eləcə də rəng çalarlarının daha dolğun formaya gətirilməsində tapıb. Sifarişçinin də qeyd etdiyi kimi, MaxCreative tərəfindən təklif olunmuş ad yazılışı forması, ölçüləri və rəng palitrası Leylək  Uşaq Bezlərinin funksional mahiyyətinin, korporativ ideologiyasının geniş auditoriyaya yayımlanmasında əvəzsiz rol oynayacaq.