11-13 iyul 2013-cü il tarixində Moskvada “10-cu Beynəlxalq Marketinq Qurultayı” keçiriləcək. Tədbir ən təcrübəli mütəxəssisləri və ekspertləri bir araya gətirəcək və onlar öz bilikləriylə bölüşərək, dürüst və effektiv marketinqdən danışacaqlar. Qurultayın iştirakçıları yalnız real işləyən texnologiyaları tətbiq etməyi öyrənməklə yanaşı, şəxsi bizneslərini inkişaf etdirməyi də öyrənəcəklər.
2013-cü ildə qurultay xüsusi texnologiyalar üzrə təcrübə keçərək biznesinin inkişafı üçün mümkün yollardan istifadə edə biləcək qlobal “co-working” meydançasına çevriləcək. Qurultayın əsas mövzusu olan "Заработай!"-ya tədbirdə bir çox seksiya və fəallıqlar da həsr olunub. Tədbir qanuna uyğunluğun və marketinqin inkişafının perspektivlərinin müzakirəsiylə açılacaq. Ən böyük sahə üzrə təşkilat nümayəndələri qeyri-müəyyənlik şəraitində qazanc yollarını müzakirə etmək üçün bir araya gələcəklər.
Trout&Young-ın "TOP CLASS INTERNATIONAL" adlı xüsusi seksiyası sahənin aparıcı ekspertləriylə gəlirləri artırmağı təklif edir. Burada Cek Trout (Trout&Partners, ABŞ), Ron Yanq (Knowledge Associates Cambridge, Böyük Britaniya), Yevgeniy Kaduşina (Trout&Partners, Rusiya), Vadim Şirayev (SOMAR, Knowledge Associates, Rusiya) kimi ekspertlər master klasslar keçəcəklər. Həmçinin seksiyada 17 iyun tarixində başlamış "ekspertə sual ver" adlı məntiqli aksiyanın davamı da olacaq. Master klass iştirakçıları "repositioning", biznes və komanda yaratma bacarıqları, innovasiya həlləri kimi praktik biliklər əldə etməklə yanaşı, suallarını aparıcı ekspertlərə yönləndirə biləcəklər.
Digər seksiyalar böyük markaların və startapların marketinqinə həsr olunacaq. Müvəffəqiyyətli şirkət nümayəndələri bizneslərinin inkişafı zamanı rastlaşdıqları biznes-keyslərdən və nüanslardan danışacaqlar.
Həmçinin qurultay iştirakçıları öz bizneslərini "positioning" və rabitə strategiyasının hazırlaması üzrə proqram təminatı olan “mCloud” - xüsusi biznes mühitini testdən keçirmək imkanı əldə edəcəklər. Qurultayın təşkilatçısı – biznesin inkişafı üzrə təşkilatlar Birliyidir (SOMAR).
Sizləri 72 saatlıq yeni bilik və təcrübədən faydalanmağa dəvət edirik!