Nar Mobile mobil operatoru yeni açılmış APA internet televiziyasında yayımlanan “Bizim şəbəkə” verilişin baş sponsoru kimi çıxış edir. Hədəf kütləsi gənclər olan “Bizim Şəbəkə” verilişinin əsas məqsədi sosial şəbəkələrdə baş verənləri tamaşaçılara çatdırmaq, günün trendlərinə, ən çox müzakirə olunan mövzulara nəzər salmaq, sosial şəbəkələrdə aktiv olan insanlarla müsahibə təşkil etmək və ümumiyyətlə, internetdə olan yeniliklər haqqında tamaşaçıları məlumatlandırmaqd və sosial şəbəkələrdən səmərəli istifadəyə dair məsləhətlər verməkdir.  


Qeyd edək ki, “Bizim şəbəkə” verilişi həftədə 6 gün 30 dəq yayımlanır: saat 15:10-da canlı və axşam saat 22:20-də isə təkrar olaraq efirə gedir.